20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropa Slovakiyanı boykot edir
Tarix: 14-03-2024 12:37 | Bölmə: Dünya
Avropa Slovakiyanı boykot edir

Slovakiyanın baş naziri Robert Fiko Ukraynadakı müharibə ilə bağlı fikrini dəyişməyəcək. Baxmayaraq ki, bu, qonşu ölkələr, xüsusən də Çexiya ilə münasibətlərə təsir edir.

Reyting.az
xəbər verir ki, bunu Robert Fiko özü bildirib.

Xatırladaq ki, bundan əvvəl Çexiya əsas xarici siyasət mövzularında fikir ayrılıqlarına görə Slovakiya ilə hökumətlərarası məsləhətləşmələri dayandırmışdı. Çexiya prezidenti Petr Pavel hətta Slovakiyanın baş nazirini “məyusluq” adlandırıb. Pavelin sözlərini şərh edən Fiko isə onları qeyri-diplomatik adlandırıb, lakin Çexiya-Slovakiya münasibətlərinə biganə olmadığına əmin edib.

“Çexlər və slovaklar arasındakı münasibət, kiminsə bəzi dar siyasi səbəblərə görə onları utilitar şəkildə təhdid etməsi üçün çox vacibdir”, - baş nazir deyib. Fikonun sözlərinə görə, onun hökuməti “suveren xarici siyasətini” davam etdirəcək. Eyni zamanda o, Ukraynanın atəşkəsə və işğalçı ilə danışıqlara ehtiyacı olduğuna bir daha əminliyini bildirib.

Qeyd edək ki, Slovakiyanın hazırkı baş naziri R. Fiko dəfələrlə Rusiya təbliğatının tezislərini səsləndirib, xüsusən də Donbassda müharibəyə başlamaqda “Ukrayna neonasistlərini” ittiham edib.

Bu günlərdə Slovakiya Xarici İşlər Nazirliyinin rəhbəri müharibə başlayandan bəri Qərb diplomatik dairələrində boykot edilən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bu görüş Avropada narazılıq yaradıb. Bundan sonra İtaliya Slovakiyanın paytaxtını qoruyan hava hücumundan müdafiə sistemini bu ölkədən çıxarmaq qərarına gəlib. Bundan əlavə, Slovakiyanın nümayəndələri artıq Avropanın beynəlxalq toplantılarına dəvət edilmir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər