18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Rusiyada daha bir partlayış baş verib
Tarix: 14-03-2024 14:29 | Bölmə: Dünya
Rusiyada daha bir partlayış baş verib

Bu gün Belqorod şəhərinin mərkəzində partlayış baş verib.

Reyting.az
"Astra" teleqram kanalına istinadla bildirir ki, partlayış çox güclü olub və stansiyanın ərazisində qeydə alınıb.

Məlumata görə, hazırda şəhərin üzərində böyük sütunlar şəklində qara tüstü dumanı qalxır.

Hadisə şahidləri Donetska küçəsindəki həyətdə duran avtomobilin yanında mərmi partlayışı olduğunu da bildiriblər.

Şəhərdəki partlayışdan bir neçə dəqiqə öncə Ukrayna tərəfində döyüşən və Rusiya Federasiyası ərazisində əvvəllər hərbi reyd təşkil edən silahlı birləşmə nümayəndələri - Rusiya Azadlığı Legionu, eləcə də Rusiya Könüllülər Korpusunun nümayəndələri xəbərdarlıq ediblər ki, Kursk, Belqorod və Bryansk vilayətlərindəki hərbi obyektlərə zərbələr endirəcəklər. Bundan sonra tez Belqorodda raket təhlükəsi elan edilib.

Yerli hakimiyyət orqanları, Rusiya Müdafiə Nazirliyi hələlik partlayışlar barədə heç bir məlumatı şərh etməyiblər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}