20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropa liderləri Almaniya kanslerinə təzyiq edir
Tarix: 14-03-2024 14:41 | Bölmə: Dünya
Avropa liderləri Almaniya kanslerinə təzyiq edir

Almaniya kansleri Olaf Şolts növbəti dəfə müttəfiqləri yanında verdiyi vədləri danıb.

Reyting.az
-ın xəbərinə görə, O. Şolts Almaniya parlamentində suallara cavab verərkən bir daha etiraf edib ki, Ukraynaya “Taurus” raketlərinin göndərilməsi ilə bağlı fikir ayrılığı mövcuddur. Bu isə bir daha sübut edir ki, Şoltsun öz mövqeyini dəyişməyinin ciddi səbəbləri var və o, həm ölkə daxilində, həm də digər Avropa liderlərinin təzyiqi altındadır.

Almaniya mediası kanslerin bu məsələlərdən çox qorxduğunu yazır. Ekspertlərin fikrincə, O. Şolts qorxur ki, bu silahların Ukraynada yerləşdirilməsi Almaniyanı daha ciddi münaqişəyə, müharibəyə sürükləsin.

Məhz bu səbəbdən Almaniya kanslerinin dedikləri ehtimalları təsdiq edir.

O. Şolts deyib ki, Ukraynadakı müharibəyə yardım məqsədi ilə göndərilməsi istənilən bu silah, çox böyük uzaqmənzilli raketdir.

"Hədəflərə nəzarəti itirməməyin vacibliyini nəzərə alsaq, bu silahdan alman əsgərləri yerləşdirilmədən qətiyyən istifadə oluna bilməz. Mən bunu rədd edirəm və bu ehtiyatlılıq deyil. Hətta bəzilərinin fikrincə, zəiflik kimi təsnif edilə də bilər. Ancaq bizə görə təhlükəsizlik, ehtiyatlı olmaq ölkəmiz üçündür və ölkə vətəndaşlarının haqqı olan bir məsələdir", - deyə Şolts əlavə edib.

Qeyd edək ki, O. Şolts Fransa prezidentini, həmçinin Polşanın baş nazirini cümə günü Berlində danışıqlara çağırıb.

Xatırladaq ki, Fransa prezidenti kimi Polşanın baş naziri də Kiyevə böyük silah tədarükünün və uzaqmənzilli raketlərin artırılmasının ən qızğın tərəfdarlarındandır.

Almaniya mediasına görə Avropa liderləri yəqin ki, Şoltsu öz fikrindən döndərməyi bacarmayacaqlar. Ukrayna ilə bağlı əvvəllər vəd verdiyini, daha sonra isə öz ölkəsinin siyasi və hərbi mənafeyi naminə "Taurus" raketlərinin Ukraynaya verilməsinə qarşı çıxan Almaniya kansleri O. Şoltsa qarşı təzyiqlər hələ də davam edir.

Avropa ölkələri Almaniya kanslerini siyasi iradə nümayiş etdirib əvvəl verdiyi vədlərə əməl etməyə çağırırlar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər