18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Qadınlar da orduya cəlb olunacaq
Tarix: 14-03-2024 15:34 | Bölmə: Dünya
Qadınlar da orduya cəlb olunacaq

Danimarka hökuməti qadınlar üçün məcburi hərbi xidmət tətbiq etməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksen növbəti beş il ərzində müdafiə xərclərinin qırx milyard Danimarka kronu artırılmasını nəzərdə tutan bu planın təqdimatı zamanı müvafiq bəyanatla çıxış edib.

M. Frederiksen deyib: "Biz əslində, eyni hüquqları, tamamilə gender bərabərliyini təklif edirik. Danimarkada hamının bərabər olması ilə öyünmək xoşumuza gəlir. Ancaq bu ölkədə yalnız danimarkalı kişilərin Silahlı Qüvvələr Günündə iştirak etmək borcu var. Sözsüz ki, qadınların qeydiyyatdan keçmək imkanı var, sonradan onlar da orduda hərbi xidmətə çağırılacaqlar".

Danimarka hökuməti həmçinin kişilərin və qadınların hərbi xidmət müddətini də dörd aydan on bir aya artırmağı nəzərdə tutur.

Qeyd edək ki, Danimarka NATO üzvü kimi davamlı hərbi yardım göstərdiyi Ukraynanın müttəfiqidir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}