20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazir: “İsrail ordusunda xidmət edən vətəndaşlarımız həbs olunacaq”
Tarix: 14-03-2024 17:24 | Bölmə: Dünya
Nazir: “İsrail ordusunda xidmət edən vətəndaşlarımız həbs olunacaq”

Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor bildirib ki, İsrail ordusunda xidmət edən Cənubi Afrika vətəndaşları ölkəyə qayıdan kimi həbs olunacaqlar.

Reyting.az
-ın xəbərinə görə, N. Pandor bu barədə Afrika Milli Konqresinin təşkil etdiyi toplantıda bildirib.

Açıqlaması alqışlarla qarşılanan nazir bəyan edib: “Cənubi afrikalı olan və İsrail Müdafiə Qüvvələrinin yanında və ya tərkibində döyüşənləri xəbərdar edirəm: evə dönən kimi sizi həbs edəcəyik”.

Beynəlxalq Münasibətlər və Əməkdaşlıq Nazirliyi daha əvvəl elan etmişdi ki, Cənubi Afrika vətəndaşları ölkələrinin dəstəkləmədiyi müharibədə iştirak edərlərsə, vətəndaşlıqdan məhrum edilə bilərlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər