Odessaya raket hücumu olub, ölən və yaralılar var
Tarix: 15-03-2024 15:41 | Bölmə: Dünya
Odessaya raket hücumu olub, ölən və yaralılar var

Rusiya ordusu bu gün Ukraynanın Odessa şəhərinə raket zərbəsi endirib.

Reyting.az
Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, hücum Krım ərazisindən ballistik raketlərlə həyata keçirilib.

Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper insanları sığınacağa çağırıb.

Sonradan məlum olub ki, hücum nəticəsində ilk partlayışdan sonra insanlara kömək etməyə gələn feldşer və Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşı həlak olub.

Təsdiqlənməmiş məlumatlara görə, şəhərdə üçdən çox insan yaralanıb. Hazırda faciənin baş verdiyi yer müvafiq xidmət orqanlarının nümayəndələri tərəfindən mühasirəyə alınıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}