20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiyaya PUA hücumu: neft emalı zavodu yanıb
Tarix: 16-03-2024 13:25 | Bölmə: Dünya
Rusiyaya PUA hücumu: neft emalı zavodu yanıb

Mart ayının 16-na keçən gecə Rusiyanın Samara vilayətində növbəti dəfə pilotsuz təyyarələrin (PUA) hücumu qeydə alınıb. Pilotsuz təyyarələr Sızrandakı neft emalı zavoduna zərbələr endiriblər.

Reyting.az
"Baza"-ya istinadla bildirir ki, Sızrandakı neft emalı zavoduna ilk zərbədən sonra təxminən 500 kvadratmetrlik bir ərazidə yanğın başlayıb.

"İnterfaks"-ın xəbərinə görə, regionun rəhbəri Dmitri Azarov da neft emalı zavodunda baş verən yanğın faktını təsdiqləyib.

Qubernator deyib ki, hücumlar yerli əhali arasında vahimə yaratsa da, dinc sakinlərdən zərər çəkən olmayıb.

Qubernator bildirib ki, pilotsuz təyyarələr Novokuybışev neft emalı zavoduna da hücuma cəhd edib. Azarovun sözlərinə görə, hücumun qarşısı alınıb.

"Baza" xəbər saytı isə öz növbəsində iddia edir ki, Novokuybışevdə yerləşən neft emalı zavodunda başlayan yanğın həm də hücuma müqavimət olmaması səbəbindən baş verib.

Yanğınları pilotsuz təyyarələrin bu bölgəyə etdiyi hücumdan dərhal sonra söndürmək mümkün olub. Ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, dronların zərbələri səbəbindən Rusiyanın müxtəlif regionlarında son vaxtlar bir neçə iri neft emalı zavodu dağıdılıb və 2024-cü ilin əvvəlindən bu müəssisələr məcburiyyət qarşısında müvəqqəti olduğu deyilsə də, öz fəaliyyətlərini dayandırmalı olublar. Rusiyada yanacağın bahalaşmasının əsas səbəblərindən biri də bəzi neft emalı zavodlarının fəaliyyətinin dayandırılmasıdır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər