Finlandiya Rusiya nömrəli avtomobilləri ələ keçirəcək
Tarix: 16-03-2024 14:26 | Bölmə: Dünya
Finlandiya Rusiya nömrəli avtomobilləri ələ keçirəcək

Bu gündən Finlandiyada Rusiya dövlət nömrə nişanlı avtomobillər üzərində həbs qoyula bilər.

Reyting.az
xəbər verir ki, indi Rusiya dövlət nömrə nişanlı avtomobillərin sürücüləri ölkədə nəqliyyat vasitəsindən istifadə hüquqlarını sübut etməlidirlər.

Hazırda Finlandiya gömrük xidmətinin ölkədə neçə belə nəqliyyat vasitəsinin olması barədə məlumatı yoxdur.

Gömrük Nəzarəti Departamentinin direktoru Sami Rakşit bildirib ki, idarə Rusiya dövlət nömrə nişanlı avtomobillərin sayına sistemli şəkildə nəzarət etmir.

Onun sözlərinə görə, polis, sərhədçilər və gömrükçülər belə nəqliyyat vasitəsini saxlayıb, ölkədə qalma səbəblərini yoxlamaq hüququna malikdir. Bu zaman avtomobil saxlanıla bilər.

Qeyd edildiyi kimi, Rusiya dövlət nömrə nişanlı avtomobildən, xüsusən də əyani təhsil alan tələbələr və ya müddətli əmək müqaviləsi ilə işləyən şəxslər istifadə edə bilərlər.

2023-cü ilin sentyabrında Avropa Komissiyası bəyan edib ki, tətbiq edilən sanksiyalara görə Rusiya Federasiyası vətəndaşları Rusiya dövlət nömrə nişanlı avtomobilləri Avropa İttifaqına idxal edə bilməzlər. Daha sonra Estoniya, Latviya, Finlandiya və Polşa Rusiya nömrəli avtomobillərin girişini bağlayıb, Litva da Rusiya dövlət nömrə nişanlı avtomobillərin sahiblərini nəqliyyat vasitələrini ölkədən çıxarmağa məcbur edib. Ötən gün Rusiya dövlət nömrə nişanlı avtomobillərin yenidən qeydiyyata alınması müddəti başa çatan Litvada Gömrük Cinayət Xidməti yeni qaydanı pozan ilk avtomobili saxlayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}