20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Partlayış törətmək istəyən agent ələ keçib
Tarix: 16-03-2024 16:05 | Bölmə: Dünya
Partlayış törətmək istəyən agent ələ keçib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Ukrayna kəşfiyyatının göstərişi ilə Sverdlovsk vilayətində dəmir yolunu partlatmağa hazırlaşmaqda şübhəli bilinən rusiyalını saxlayıb.

Reyting.az
xəbər verir ki, FSB-nin Baş Kəşfiyyat İdarəsi Sverdlovsk vilayətində Trans-Sibir Dəmiryolunun dəmiryol qovşağında terror aktı törətməyi planlaşdıran 1962-ci il təvəllüdlü Rusiya vətəndaşını həbs edib.

Eyni zamanda, FSB saxlanılan şəxsin adını açıqlamayıb və qeyd edib ki, o, “Lvov şəhərində Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürülüb, təxribat təlimi keçib və yük daşıyan qatarlarda terror aktları törətmək üçün Rusiyaya göndərilib”.

“İstintaq hərəkətləri zamanı obyektdən kuratorla məxfi əlaqə üçün rabitə vasitələri, qatarları aşırmaq üçün qurğu, habelə Ukrayna kəşfiyyatı tərəfindən cinayətlərin hazırlanması və törədilməsi üçün ona verilmiş pul vəsaitləri götürülüb”, - məlumatda deyilir.

Qeyd olunur ki, saxlanılan şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı) və həbs qətimkan tədbiri seçilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər