İstanbulda terror təbliğatı aparan 75 nəfər saxlanılıb - 15-i qadındır
Tarix: 18-03-2024 00:08 | Bölmə: Dünya
İstanbulda terror təbliğatı aparan 75 nəfər saxlanılıb - 15-i qadındır

İstanbulda terror təbliğatı aparan 75 nəfər saxlanılıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Valiliyi açıqlama yayıb.

Bildirilib ki, Yenikapıda Novruz şənliyi ilə bağölı keçirilən tədbirdə terror təşkilatının təbliğatını aparan 75 nəfər müəyyənləşib: "DEM Partiyasının təşkilatçılığı ilə keçirlən “İndi azadlıq zamanıdır” adlı mitinq və “Novruz şənliyi” tədbirində terror təbliğatı aparanlar əməliyyatla saxlanılıb. PKK lideri Abdullah Öcalanın afişasını açdıqları təsbit edilən M.A., Ş.A. və Y.Ö. adlı şəxslər başda olmaqla 75 nəfər qandallanıb.Onlardan 15-i qadındır...".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}