ABŞ-da silahlı hücum: 5 ölü, 5 yaralı var
Tarix: 18-03-2024 12:02 | Bölmə: Dünya
ABŞ-da silahlı hücum: 5 ölü, 5 yaralı var

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən silahlı hücumda 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Reyting.az
-ın xəbərinə görə, Filadelfiya şəhərində dünən baş verən atışmada 3 nəfər həyatını itirib. İki gün ərzində ümumilikdə 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Polis İdarəsinin rəisi Cefri Kerroll deyib ki, Vaşinqtonun şimal-qərbində silahlı hücum olub. Karroll 2 nəfərin hadisə yerində öldüyünü, 5 yaralının isə xəstəxanaya aparıldığını bildirib. Polis rəisi qeyd edib ki, silahlı hücumu həyata keçirən şübhəli hələ də tutulmayıb.

Səlahiyyətlilər hücumdan sonra insanlara evlərində qalmaları barədə xəbərdarlıq edib.

Middletovn qəsəbəsinin polisi qonşu Falls şəhərində silahlı hücumların olduğunu bildirsə də, atışmaların “məqsədli və ya təsadüfi” olub-olmadığı hələlik məlum deyil. Şəhərdə keçirilməsi planlaşdırılan Müqəddəs patrik günü paradı ləğv edilib.

Şübhəli silahlı şəxs, 26 yaşlı Andre Qordon Nyu-Cersiyə qaçmazdan əvvəl Pensilvaniya ştatının Levittaun şəhərində iki yerdə qurbanları güllələyərək öldürüb.

Pensilvaniya ştatının səlahiyyətliləri Qordonun Nyu-Cersidəki evinə qədər izlənildiyini və polisin hadisə yerində olduğunu bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}