Belqorodda ölənlərin və yaralanların sayı açıqlanıb
Tarix: 18-03-2024 14:23 | Bölmə: Dünya
Belqorodda ölənlərin və yaralanların sayı açıqlanıb

Martın 12-dən 18-dək Ukrayna ordusunun Belqorod vilayətini müəyyən fasilələrlə atəşə tutması nəticəsində 11 nəfər ölüb, 82 nəfər yaralanıb.

Reyting.az
-ın məlumatına görə, bunu Belqorod vilayətinin səhiyyə naziri Andrey İkonnikov bildirib.

TASS-ın xəbərinə görə, martın 18-də operativ müşavirədəki çıxış zamanı nazir İkonnikov deyib ki, hazırda Belqorod şəhərindəki 2 saylı şəhər xəstəxanasında 23 nəfər, vilayət xəstəxanasında isə 17 nəfər müalicə alır və səhər saatlarında daha bir yaralı təcili müalicə məqsədi ilə orta vəziyyətdə xəstəxanaya daxil olub.

Bundan başqa, rayon uşaq xəstəxanasında iki yaralı uşaq da var. Nazir əlavə edib ki, zərərçəkənlər arasında 9 nəfərin vəziyyəti ağır-stabildir. Onun sözlərinə görə, bəzi xəstələrin sağalması daha uzun müalicə tələb edəcək. Məhz elə bu səbəbdən onların bəziləri təcili olaraq Moskvadakı xəstəxanalara köçürülə bilər.

Rusiya Müdafiə Nazirliyi martın 18-i şəhər çağı, Moskva vaxtı ilə saat 8:30 radələrində Belqoroda yenə hücum cəhdinin olduğunu və bunun nəticəsində"RM-70 Vampire" tipli reaktiv yaylım atəşi sistemindən on raketin vurulduğunu açıqlayıb.

Belqorodun növbəti dəfə, səhər çağı atəşə tutulması nəticəsində daha bir yerli sakin yaralanıb. Şəhər meri Valentin Demidov belə deyib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}