20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Moldovada Avropa İttifaqına üzvlüklə bağlı referendum keçiriləcək
Tarix: 19-03-2024 12:42 | Bölmə: Dünya
Moldovada Avropa İttifaqına üzvlüklə bağlı referendum keçiriləcək

Oktyabr ayında Moldova Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirəcək.

Reyting.az
xəbər verir ki, bunu ölkə prezidenti Maya Sandu bildirib.

Prezident Kişinyovda keçirdiyi mətbuat konfransında deyib ki, Moldova parlamentindən prezident seçkiləri ilə eyni gündə keçirilməli olan konstitusiya plebisit proseduruna başlamağı xahiş edib.

“Moldova vətəndaşlarının əksəriyyəti üçün Aİ sülh və firavanlıq layihəsidir. Rusiya isə Moldovada sabitliyi pozmağa çalışır. Biz Rusiyadan hücumların və təxribatların davam edəcəyini gözləyirik, lakin mən vətəndaşları qorxutmamağa çağırıram. Aİ üçün referendumun keçirilməsini dəstəkləmək lazımdır, çünki Aİ sülhü təmin edə biləcək yeganə seçimdir”, - prezident əlavə edib.

Xatırladaq ki, ölkə hakimiyyəti Avropa İttifaqına üzvlük üçün ərizəni 2022-ci il martın 3-də təqdim edib. 2023-cü il dekabrın 14-də Aİ-yə üzv ölkələrin liderləri Ukrayna və Moldovanın təşkilata daxil olması ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər. Moldovada 2030-cu ilə qədər Avropa Birliyinə daxil olmağı planlaşdırdıqlarını bildirirlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər