20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiya neft emalı zavodlarına “Pantsir” zenit-raket sistemləri quraşdırır
Tarix: 20-03-2024 14:37 | Bölmə: Dünya
Rusiya neft emalı zavodlarına “Pantsir” zenit-raket sistemləri quraşdırır

Ruslar “Pantsir” yerüstü özüyeriyən zenit-raket və silah sistemlərindən istifadə etməklə öz neft və qaz obyektlərini dron hücumlarından qorumağı planlaşdırır.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Federasiyası Energetika Nazirliyinin qaz sənayesinin inkişafı departamentinin direktoru Artem Verxov deyib.

“Biz obyektləri örtmək və müvafiq olaraq “Pantsir” tipli mühafizə sistemlərini quraşdırmaq üçün Rusiya Milli Qvardiyasından olan həmkarlarımızla birlikdə işləyirik”, - “Guardian” onun sözlərindən sitat gətirir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov qeyd edir ki, bu bəyanat cəmiyyətdəki qəzəbi sakitləşdirmək və büdcə vəsaitlərini ixtisar etmək üçün verilib, çünki “Pantsir” kompleksləri uzun müddətdir fəaliyyət göstərir.

“Prinsipcə, bu bəyanatlar vəziyyətə təsir etməyəcək, rusların hərbi məqsədlər üçün istifadə edilən müəssisələrində problemlər davam edəcək”, - Yusov şərhində bildirib.

Beynəlxalq enerji qrupunun keçmiş icraçı direktoru isə deyib ki, Ukrayna pilotsuz təyyarələrinin zərbələri nəticəsində Rusiya Federasiyasının gündəlik neft emalı gücünün təxminən 600 min barrelini artıq sıradan çıxarıb.

Ukrayna kəşfiyyatı izah edib ki, hər bir uğurlu zərbə Ukraynadakı rus qoşunlarının yanacaq və sürtkü materialları ilə təchizatını pozur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər