İki ölkə arasında mülk çəkişməsi gərginliyi artırır
Tarix: 20-03-2024 14:42 | Bölmə: Dünya
İki ölkə arasında mülk çəkişməsi gərginliyi artırır

Son günlər Şimali Afrikada - Əlcəzair və Mərakeş arasında yaşanan gərginlik diqqət çəkir.

Reyting.az
xəbər verir ki, paytaxt Rabatdakı Əlcəzair səfirliyinin daşınmaz əmlakını ələ keçirmə hərəkətindən sonra iki ölkə arasında gərginlik yeni mərhələyə qədəm qoyub.

Hadisə Mərakeşin Rəsmi qəzetdə dərc olunan qərarla Xarici İşlər Nazirliyi binalarının genişləndirilməsi layihəsini açıqlamasından sonra baş verib. Qərarda “İctimai maraq bu məqsədlə zəruri olan mülklərin müsadirə edilməsini tələb edir”,- yazılsa da, bu binalar arasında Əlcəzairə aid daşınmaz əmlak da var.

Əlcəzair hadisəni “tam quldurluq” kimi xarakterizə edib və “bu təxribatlara uyğun görülən hər vasitə ilə cavab veriləcəyini” bildirib.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}