20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Terror planlaşıdrmaqda şübhəli şəxslər ələ keçib
Tarix: 20-03-2024 20:24 | Bölmə: Dünya
Terror planlaşıdrmaqda şübhəli şəxslər ələ keçib

2024-cü ilin mart ayının 20-də Almaniyada əməliyyat keçirilib. Əməliyyatçılar iki nəfəri yaxalayıblar. Hər iki şəxs Stokholm şəhərində yerləşən İsveç parlamentinin binası yaxınlığındakı ərazidə terror aktı planlaşdırmaqda şübhəlidir.

Reyting.az
-ın məlumatına görə, Almaniya polisi ələ keçən şəxslərin Əfqanıstandan olduğunu bildirib.

Saxlanılan şəxslər “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının tərəfdarları olduqları və bu terrorçu təşkilatın fəaliyyətində, həyata keçirdikləri əməliyyatlarda, yəni dəfələrlə terror aktlarında iştirak etdikləri güman olunur.

İstintaq hesab edir ki, saxlanılan şəxslər ötən ilin yayında etiraz aksiyası ərəfəsində Quranın yandırılması ilə bağlı Stokholmda terror hücumu təşkil etməyi planlaşdırıblar.

Qeyd edək ki, İŞİD tərəfindən hazırlanmış hücumun planlaşdırıldığı belə bir ərəfədə (ay yarımdan sonra) İsveçin Malmö şəhərində "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

Almaniya polisinin məlumatına görə, bununla bağlı ciddi məlumatlandırılan İsveç dövləti və hakimiyyətinin qarşısında hadisələrin təhlükəsizliyini təmin etmək kimi böyük vəzifə durur.

Xatırladaq ki, İsveçin Stokholm şəhərində digər dinlərin icmaları, nümayəndələri ilə yanaşı İslam dininə itaət edən böyük bir müsəlman icması da fəaliyyət göstərir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər