İrlandiyanın baş naziri istefa verib
Tarix: 21-03-2024 00:12 | Bölmə: Dünya
İrlandiyanın baş naziri istefa verib

İrlandiyanın baş naziri Leo Varadkar şok dalğalar yaradacaq siyasi bir addım atıb. O, baş nazir vəzifəsindən istefa verdiyini elan edib. Varadkar bu açıqlaması ilə Avropada keçiriləcək seçkilərə bir neçə ay qalmış milli siyasətdə çaşqınlıq yaradıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, gündəmi dəyişən gözlənilməz istefa xəbərini İrlandiya mediası "siyasi zəlzələ" adlandırıb.

Xatırladaq ki, İrlandiyada keçirilən son seçkilərindən bəri Leo Varadkar iki dəfə ardıcıl olaraq ölkənin digər əsas hakim partiyası "Fianna Fail" ilə güc bölgüsü razılaşması əsasında koalisiya müqaviləsinin bir hissəsi olaraq hökumət başçısı vəzifəsində çalışıb. O, bu vəzifədə "Brexit", COVİD-19 virusu ilə bağlı ortaya çıxmış pandemiya, həmçinin Dublindəki ifrat sağçı iğtişaşları yatırmaq məqsədi ilə çox sayda ciddi problemlərlə məşğul olmalı idi.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}