Sallivan: “ATACMS raketlərinin Ukraynaya ötürülməsi...”
Tarix: 21-03-2024 12:39 | Bölmə: Dünya
Sallivan: “ATACMS raketlərinin Ukraynaya ötürülməsi...”

“ATACMS raketlərinin Ukraynaya ötürülməsi ilə bağlı bu gün açıq elan edəcəyim heç bir şeyin olmadığını söyləməklə sizi məyus etməliyəm”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Cek Sallivan Kiyevdə Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermakla birgə brifinqdə bildirib.

C. Sallivan deyib ki, ABŞ nəyisə edəndə və onu açıqlamaq imkanı olanda bunu elan edir: “Lakin onu da əlavə edim ki, biz hərbi dəstək və mümkün olan ən effektiv dəstəyi təmin etmək üçün lazım olan imkanlar barədə çox konstruktiv müzakirələr aparmışıq”.

Daha əvvəl “Politico” amerikalı məmurlardan birinə istinadla xəbər vermişdi ki, Ukraynaya martın 12-də 300 milyon dollar məbləğində yeni hərbi yardım paketinə bir neçə ATACMS raketi daxil edilməlidir. Eyni zamanda ABŞ-ın yeni yardım paketinə HIMARS üçün artilleriya mərmiləri və GMLRS raketləri daxildir. Pentaqon bura Stinger MANPADS, tank əleyhinə silahlar, hava hücumundan müdafiə sursatları və 155 mm çaplı mərmilərin daxil olduğunu bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}