20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
ABŞ Senatındakı çoxluğun lideri Netanyahunun tələbini rədd edib
Tarix: 21-03-2024 12:50 | Bölmə: Dünya
ABŞ Senatındakı çoxluğun lideri Netanyahunun tələbini rədd edib

ABŞ Senatında çoxluğun lideri Demokrat Şumerin İsrailin baş naziri Netanyahunun demokrat senatorların iclasında videokonfrans vasitəsilə çıxış etmək istəyini rədd edib və “İsrail məsələsi partiya məsələsinə çevrilir”,- deyib.

Reyting.az
-ın xəbərinə görə, ABŞ-da yayımlanan “Punchbovl” xəbər saytı bildirib ki, Şumer İsrailin baş naziri Netanyahunun demokrat senatorlar qarşısında çıxış etməsini uyğun görməyib.

Qeyd edək ki, respublikaçı senatorların görüşünə videokonfrans vasitəsilə qoşularaq ilk olaraq Qəzza məsələsini müzakirə edən Netanyahu, həmin gün demokrat senatorların iclasında da çıxış etmək istəyib. Netanyahunun tələbini rədd edən Senatdakı çoxluğun lideri Şumer deyib ki İsrail məsələsi hər iki partiyanın ortaq məsələsi olmamalı və tək bir partiyanın məsələsinə çevrilməməlidir.

Məsələ ilə bağlı “Axios” xəbər saytına açıqlama verən Şumerin mətbuat katibi Netanyahunun respublikaçıların toplantısına ayrı-ayrılıqda qatılmasını dolayısı ilə tənqid edib və bu məsələlərin partiya məsələsinə çevrilməməli olduğunu xatırladıb.

Digər tərəfdən, Nümayəndələr Palatasının sədri respublikaçı Mayk Conson İsrailin baş naziri Netanyahunu tezliklə Konqresdə çıxışa dəvət edə biləcəyini açıqlayıb. Conson bu məsələ ilə bağlı hələ dəqiq qərar vermədiyini, lakin bunun ABŞ-İsrail münasibətləri üçün faydalı olacağına inandığını bildirib.

Qeyd edək ki, ABŞ Senatının çoxluq lideri Şumer, keçən həftə verdiyi açıqlamada Netanyahunun 7 oktyabr 2023-cü ildən sonra prosesi səhv idarə etdiyini vurğulayıb.

“Baş nazir Netanyahu öz siyasi quruluşunu İsrailin maraqlarından üstün tutaraq hərəkət etdi. Bu vəziyyət İsrailə bütün dünyada dəstəyi tarixin ən aşağı səviyyəsinə itələyir. Bu kritik məqamda inanıram ki, yeni seçkilər İsrailin gələcəyi ilə bağlı sağlam və açıq qərarvermə prosesinin yeganə yoludur”,- ABŞ-da ən yüksək rəsmi vəzifəyə seçilmiş yəhudi olaraq xarakterizə edilən Şumer deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər