Tokionun şimalında zəlzələ baş verib
Tarix: 21-03-2024 15:10 | Bölmə: Dünya
Tokionun şimalında zəlzələ baş verib

Yaponiyanın paytaxtı Tokionun şimalında - İbaraki prefekturasında 5,3 bal gücündə zəlzələ baş verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Yerli vaxtla saat 09.08-də qeydə alınan yeraltı təkan 50 kilometr dərinlikdə olub.

Paytaxt Tokioda, ətraf Saitamada və Toçiqidə hiss olunan zəlzələdə ölən və yaralananlar olmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməsə də, ölkənin müxtəlif bölgələrini Tokio ilə birləşdirən - Tohoku, Hokuriku və Joetsu yüksək sürətli qatar xətlərində müvəqqəti fasilə elan olunub.

Zəlzələdən sonra Sakit okeanın İbaraki sahilində yerləşən Tokai 2 Atom Elektrik Stansiyasında anormallıq aşkar edilməyib.





Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}