20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Orban Aİ-nin tövsiyə və məsləhətlərinə məhəl qoymur
Tarix: 22-03-2024 12:43 | Bölmə: Dünya
Orban Aİ-nin tövsiyə və məsləhətlərinə məhəl qoymur

Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putini seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

Reyting.az
xəbər verir ki, Avropa İttifaqının (Aİ) tövsiyə və məsləhətlərini məhəl qoymadan Putini təbrik edən Orban tənqid hədəfinə çevrilib.

Macarıstan baş nazirinin Rusiya prezidentinə ünvanladığı məktubunda qeyd olunur:

“Biz əminik ki, qarşılıqlı dialoqun davam etməsi sülhə tezliklə nail olmaq üçün əsas zəruri şərtdir”.

V. Orban həmçinin Rusiyanın dövlət başçısını əmin edib ki, "Macarıstan beynəlxalq hüquqla məhdudlaşdırılmayan sahələrdə və ölkələr arasında əməkdaşlığı genişləndirməyə hazırdır”.

Avropa siyasətçiləri isə Orbanı sərt tənqid edərək bildiriblər ki, Macarıstan baş naziri Rusiyanın avtoritar liderinə ehtiramlarını bildirdikdən sonra Avropa İttifaqının siyasi birliyinə yeni zərbə vurub.

Diplomatların dediklərinə görə, Aİ-də yeni ideyalar meydana çıxır və getdikcə birlik güclənir, lakin onun həyata keçirilməsi hələ də yekdilliklə təsdiq tələb edir. Ancaq belə addım atmaqla bu nəticəyə gəlmək olar ki, V. Orban istəsə, proseslərin gedişində Rusiya əleyhinə qəbul ediləcək hansısa bir qərara mane ola bilər.

Avropa İttifaqının siyasi çevrəsində belə bir fikir formalaşıb ki, Macarıstanın baş naziri veto hüququndan güzəştlər əldə etməklə bundan kollektiv qərarları pozmaqla və özü üçün istifadə etdiyinə görə şöhrət qazanıb.

Brüsseldəki diplomatlar V. Orbanı çox sərt qınayaraq onun V. Putini təbrik etməsini pisləyiblər və Avropa İttifaqının diplomatları Macarıstan baş nazirini təbrik məktubuna görə onu “Rus matryoşka”-sı oyuncağına bənzədiblər.

Onu da qeyd edək ki, Aİ-nin digər üzv dövlətləri Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik etməyiblər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər