20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukrayna “Krokus”da törədilən terrorda iştirakını təkzib edib
Tarix: 23-03-2024 00:50 | Bölmə: Dünya
Ukrayna “Krokus”da törədilən terrorda iştirakını təkzib edib

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi ölkənin Moskvadakı “Crocus City Hall”dakı terror aktında iştirakını təkzib edib. Belə bir açıqlama ilə administrasiya rəhbərinin müşaviri Mixail Podolyak çıxış edib.

Reyting.az
xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak da Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında törədilən terror aktında ölkəsinin iştirak etmədiyini bildirib.

Xatırladaq ki, martın 22-də axşam “Crocus City Hall”da terror aktı törədilib. Daha sonra əllərində pulemyot tutan beş naməlum şəxsin görüntüləri peyda olub. Hücum zamanı çoxsaylı insan həyatını itirib və yaralanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər