20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Blinkendən Netanyahuya Rəfahla bağlı xəbərdarlıq
Tarix: 23-03-2024 23:46 | Bölmə: Dünya
Blinkendən Netanyahuya Rəfahla bağlı xəbərdarlıq

Cümə günü İsrailə səfər edən ABŞ dövlət katibi Antoni Blinken Fələstin ərazisində, Qəzza zolağının cənubundakı Rəfahda nəzərdə tutulan quru əməliyyatlarına qarşı ölkə rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib. Bu, Blinkenin müharibə başlayandan bəri bölgəyə etdiyi altıncı səfərin sonuncu dayanacağı idi.

Reyting.az
-ın məlumatına görə, Blinken vurğulayıb ki, belə bir addım İsraili bütün dünyada daha da təcrid edə və onun uzunmüddətli təhlükəsizliyini, eləcə də mövqeyini təhlükə altında qoya bilər.

Blinken deyib ki, ABŞ diplomatik həll yolları axtarışlarını davam etdirməkdə israrlıdır.

ABŞ-ın baş diplomatı Tel-Əviv küçələrində qalan etirazçıların və girovların ailələri ilə görüşüb. Onlar "Blinken, təşəkkür edirəm!" şüarları ilə Vaşinqtonun zorakılığın qarşısını almaq və danışıqlarda vasitəçilik səylərinə dəstək verdiklərini nümayiş etdiriblər.

Bununla belə bu mövzu ilə bağlı məsələdə hələ ki, inad göstərməyə davam edən və öz siyasi iradəsini, komandan qətiyyətini nümayiş etdirməkdə israrlı olan Netanyahu geri çəkilmək istəmir.

İsrailin baş naziri B. Netanyahunun Rəfaha qoşun yeritməklə HƏMAS-a son qoymaq niyyətində israr etdiyi, məsələyə münasibəti artıq ABŞ rəsmilərinə də aydın olub. Məhz elə bu səbəbdən də İsraili dönə-dönə xəbərdar edən, vasitəçi missiyasını üzərinə götürməyə hazır olduğunu bildirən Amerika Birləşmiş Ştatları müttəfiqini bu hücum planından çəkindirməyə çalışır.

Siyasi tövsiyələrə və cəhdlərə baxmayaraq Blinken görüşdən sonra Netanyahu deyib ki, HƏMAS-ı məğlub etməkdən ötrü İsrailin Rəfaha girməkdən başqa yolu yoxdur.

Netanyahu bildirib ki, ABŞ onların qərarı dəstəkləməsə, İsrail bunu təkbaşına edəcək.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər