20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiyanın atdığı raket Polşa ərazisinə keçib
Tarix: 24-03-2024 18:42 | Bölmə: Dünya
Rusiyanın atdığı raket Polşa ərazisinə keçib

Bazar günü Rusiya son dörd gün ərzində Ukraynaya üçüncü, ölkənin paytaxtı Kiyevə isə ikinci irimiqyaslı raket hücumu həyata keçirib.

Reyting.az
-ın məlumatına görə, Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popko deyib ki, Rusiya hücumu həyata keçirməkdən ötrü “Tu-95MS” strateji bombardmançı təyyarələrdən buraxılmış qanadlı raketlərdən istifadə edib.

Paytaxt Kiyevdə hava hücumu xəbərdarlığı iki saatdan çox davam edib, bunun səbəbi isə raketlərin qrup halında paytaxtın şimal ərazisinə düşməsi olub. Popkonun dediyinə görə, tələfat və dağıntı yoxdur.

Həmin gün Rusiyanın hücumu nəticəsində həyəcan yaşayan NATO üzvü Polşanın əməliyyat komandanlığı açıqlama verərək bildirib ki, saat 04:23-də Rusiya tərəfindən Ukraynanın qərbindəki şəhərlərə atılan qanadlı raketlərdən biri Polşanın hava məkanını pozub. Rusiya raketi qəfil Polşa şəhəri yaxınlığında peyda olub və 39 saniyə bu ölkənin səmasında qalıb.

Qeyd olunur ki, bu müddət ərzində hərbi radar sistemləri qanadlı raketi izləyib, daha sonra isə mobil vəziyyətdə Polşanın hava məkanının təhlükəsizliyini təmin etməkdən ötrü bütün prosedurlar həyata keçirilib.

Rusiya tərəfindən atılan raketin Polşa hava məkanından keçmədiyi bildirilir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər