20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Slovakiya ruspərəst siyasətçiyə səs vermək istəmir
Tarix: 25-03-2024 15:56 | Bölmə: Dünya
Slovakiya ruspərəst siyasətçiyə səs vermək istəmir

Slovakiyada keçirilən prezident seçkilərinin birinci turunda qalib İvan Korçok olub. Sabiq xarici işlər naziri İvan Korçok 42,51 faiz səs toplayıb. Toplanmış səslər sayına görə mütləq çoxluq hesab edilmədiyindən, ölkə seçkilərində ikinci tur da olacaq.

Reyting.az
xəbər verir ki, İvan Korçok rəqibi Peter Pelleqrini ilə mübarizə aparacaq. Yarışda favorit hesab edilən parlament sədri 37 faizdən bir qədər çox səs toplayıb.

Üçüncü nəticə və əhəmiyyətli geriləmə isə 11,73 faizlə ədliyyə naziri Stefan Harabinin payına düşüb.

Son göstəricilərə əsasən, bu seçkilərdə vətəndaş iştirakı 52 faizə çatıb ki, bu da əvvəlki seçkilərlə müqayisədə artım hesab edilməklə 4 faiz çoxdur.

Pelleqrini rusiyapərəst, həm də avroskeptik olmaqda ittiham olunan populist baş nazir Robert Fikonun hökumət koalisiyasındakı “Səs” partiyasına rəhbərlik edir.

Korçok isə liberal, qərbyönlü, avropapərəst fikirlərə sahib olan müxalifət namizəd kimi tanınıb. O rəqibindən fərqli olaraq iqtisadi və siyasi məsələlərlə yanaşı digər məsələyə də diqqət ayırır. İvan Korçok artıq bir neçə müddətdir ki, Rusiya işğalına qarşı savaşan Ukraynaya dəstək yardımı göstərilməsinin tərəfdarıdır.

Korçok həm də keçmiş xarici işlər nazirinin, Fikonun qurduğu hökuməti həmişə və fəal şəkildə tənqid edən, istefa verən Slovakiya prezidenti Zuzana Çaputovanın siyasətinin davamçısı hesab olunur. Seçkilərdən əvvəl İvan Korçok verdiyi müsahibələrin birində "Məni tanıyırlar və indən sonra da xalq kim olduğumu daha yaxşı biləcək" deyə ölkəsi və vətəndaşları üçün bir çox xeyirli vədlər vermişdi.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər