20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Sanders: "Amerikanın xarici siyasətində inqilab lazımdır"
Tarix: 26-03-2024 12:34 | Bölmə: Dünya
Sanders: "Amerikanın xarici siyasətində inqilab lazımdır"

Amerikalı siyasətçi Berni Sanders çoxlarını təəccübləndirən məqalə dərc etdirib. Berni Sanders yazıb ki, mütləq Amerikanın xarici siyasətində yeni inqilab lazımdır.

Reyting.az
xəbər verir ki, Berni Sandersin fikrincə, Amerika Birləşmiş Ştatlarının yürütdüyü yanlış xarici siyasətin fəlakətə səbəb olduğu artıq göz önündədir.

Amerikalı siyasətçi "Foreign Affairs" nəşrində yazıb ki, uzun müddətdir demokratik ənənələr gözdən düşüb.

B. Sanders amerikansayağı təəssübkeşliklə yazır: "ABŞ-ın təcili olaraq inqilabi dəyişikliklərə ehtiyacı var - Ancaq xarici siyasətdə. Bizim tez-tez işlətdiyimiz "Ən qədim və ən güclü demokratiya” sözü acgözlük və militarizm bataqlığındadır".

Sandersə görə yanlış xarici siyasətin nəticəsində demokratiyanın təntənəsi, ona inam tamamilə çökür.

Siyasətçi qeyd edir ki, artıq dünyadakı bəzi hökumətlərin zəif qərarları səbəbindən sıxıntı yaşayan, həm də çoxlu əziyyət çəkən əksər vətəndaşlar arasında ABŞ-ın təbliğ etdiklərinə inanan şəxslər azalıb.

Müəllif xüsusi olaraq vurğulayır ki, Amerikanın xarici siyasəti xoşagəlməz nəticələrə gətirib çıxarıb, çünki insanlar arasında demokratiyanın nüfuzu xeyli sarsılıb.

Qeyd edək ki, B. Sanders ABŞ-ın xarici siyasətində islahatların və yeni inqilabı dəyişikliklərin tərəfdarı olan siyasətçilərdən biridir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər