20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Zelenski Təhlükəsizlik Şurasının katibini və Kəşfiyyat Xidmətinin rəhbərini vəzifədən azad edib
Tarix: 26-03-2024 20:48 | Bölmə: Dünya
Zelenski Təhlükəsizlik Şurasının katibini və Kəşfiyyat Xidmətinin rəhbərini vəzifədən azad edib

Ukrayna prezidenti Vladimir Zelenski bu gün Aleksey Danilovu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib.

Reyting.az
xəbər verir ki, Vladimir Zelenski Aleksey Danilovun yerinə Aleksandr Litvinenkonu təyin edib.

Litvinenko Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb, onu bu postda Oleq İvaşşenko əvəz edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırıb. Əvəzində bu vəzifəyə general Aleksandr Sırski təyin edilib. Zelenski daha sonra Sergey Nayevi Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən azad edib. Bu vəzifəyə Yuri Sodol təyin edilib.

Bundan əlavə, Zelenski Ukrayna Silahlı Qüvvələri Hava Hücumu Qoşunlarının komandirini dəyişib. Bu vəzifəni Maksim Mirqorodski tutub.

Ehtimal olunur ki, bütün bu addımlar Ukraynada həm orduya, həm də dövlət strukturlarına yeni nəfəs vermək məqsədilə atılır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər