Ermənistana uçmaq istəyən Konaşenko Rusiyada saxlanılıb
Tarix: 27-03-2024 10:27 | Bölmə: Dünya
Ermənistana uçmaq istəyən Konaşenko Rusiyada saxlanılıb

Sankt-Peterburqun Smolninski Rayon Məhkəməsi Nikolay Konaşenkonu həbs edib.

Reyting.az
“Fontanka”ya istinadla bildirir ki, Konaşenko Moskva yaxınlığındakı “Krokus Siti Hall”da törədilən terror aktına sosial şəbəkədəki paylaşımları ilə haqq qazandırdığı üçün barəsində cinayət işi açılıb.

Konaşenko martın 25-də polisə aparılıb. Bundan bir qədər əvvəl, saxlanılan şəxs Mytninskaya küçəsində qışqırıb, kobud, ədəbsiz sözlər işlədib ki, bu da yoldan keçən insanları qorxudub.

Bir gün əvvəl Nikolay Konaşenko Pulkovo hava limanında saxlanılıb. O, Moskva vasitəsilə Ermənistana uçmaq istəyirmiş.

Nəşr daha sonra həmin şəxsin Moskva vilayətində baş vermiş terror aktı ilə bağlı “Facebook”-dakı paylaşımlarına görə üzr istədiyi və terroru dəstəkləmədiyini qeyd etdiyi video yayımlayıb.

Yazılarında N. Konaşenko terror aktının niyə Kremldə deyil, “Crocus City Hallda” baş verdiyini və başqa bir musiqi qrupunun deyil, Piknik qrupunun konsertindən əvvəl olduğuna diqqət çəkib.

N. Konaşenkonun həbsindən bir qədər əvvəl, onun həyat yoldaşı Roksana Şatunovskayanın direktor vəzifəsindən istefa verdiyi bildirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}