20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Fransa Rusiyaya geniş əməkdaşlıq təklif edib
Tarix: 27-03-2024 11:36 | Bölmə: Dünya
Fransa Rusiyaya geniş əməkdaşlıq təklif edib

Əfqanıstanda fəaliyyət göstərən, özünü “İslam Dövləti” adlandıran və İŞİD terror təşkilatının qolu olan “Vilayəti Xorasan” terror qruplaşması bundan əvvəl Fransada bir neçə terror aktı törətməyə cəhd edib.

Reyting.az
xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron "Krokus"da törədilmiş terror aktından danışarkən deyib.

Makronun sözlərinə görə, Fransa kəşfiyyatı Moskvadakı terror aktının İŞİD-in bölməsi tərəfindən planlaşdırılıb həyata keçirildiyini təsdiq edib.

Fransa prezidenti ötənləri xatırlayıb: "Bu xüsusi terrorçu qrup bizim ərazimizə neçə dəfə hücuma cəhd edib".

"Le Monde" qəzetinin yazdığına görə, Makron xüsusi vurğulayıb ki, Moskvanın “Crokus”dakı terror aktını Ukraynaya qarşı yönəltməyə çalışması kinlə qarşılanacaq və əks nəticə verəcək.

E. Makron bildirib ki, Paris terrorla mübarizə məqsədi ilə Rusiya təhlükəsizlik xidmətlərinə “geniş əməkdaşlıq” da təklif edib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər