Rusiyanın Qara dənizdəki hərbi gəmilərinin üçdə biri sıradan çıxarılıb
Tarix: 27-03-2024 16:57 | Bölmə: Dünya
Rusiyanın Qara dənizdəki hərbi gəmilərinin üçdə biri sıradan çıxarılıb

Ukrayna iki ildən artıq davam edən müharibədə Qara dənizdəki Rusiya hərbi gəmilərinin üçdə birini batırıb və ya sıradan çıxarıb.

Reyting.az
xəbər verir ki, bunu “Associated Press” agentliyinə Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk deyib.

D. Pletençuk xatırladıb ki, şənbə günü axşam Ukrayna Sevastopolda dayanmış Rusiya desant gəmisi “Konstantin Olşanski”ni vurub. Eyni tipli daha iki desant gəmisi - “Azov” və “Yamal”, həmçinin “İvan Xurs” kəşfiyyat gəmisi də zədələnib.

Məlumata görə, həftə sonu hücumu Ukraynanın “Neptun” raketləri ilə həyata keçirilib. Sevastopol limanındakı obyektlər və neft anbarı da vurulub. Rusiya hakimiyyəti həftə sonu Ukraynanın Sevastopola kütləvi hücumu barədə məlumat versə də, donanmaya hər hansı ziyan dəydiyini etiraf etməyib.

Pletençuk qeyd edib ki, müharibədən əvvəl Rusiyanın Qara dənizdə olan bütün döyüş gəmilərinin üçdə biri məhv edilib və ya sıradan çıxarılıb. Eyni zamanda o, Rusiyanın ona yaxın raketdaşıyıcılarından yalnız ikisinin batırıldığını etiraf edib. Pletençuk Ukraynanın zərbələri davam etdirəcəyinə söz verib.

Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi əlavə edib ki, Ukraynanın əsas məqsədi Azov və Qara dəniz bölgələrində Rusiya Federasiyasının hərbi gəmilərini tamamilə sıradan çıxarmaqdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}