Belqorod üzərində 16 hava hədəfi vurulub - Foto
Tarix: 27-03-2024 23:19 | Bölmə: Dünya
Belqorod üzərində 16 hava hədəfi vurulub

Rusiyanın Belqorod vilayəti üzərində 16 hava hədəfi vurulub.

Reyting.az
-ın xəbərinə görə, qubernator Vyaçeslav Qladkov Telegram kanalında bildirib ki, Belqorodda Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 12 çoxmənzilli binada 26 mənzilin, eləcə də iki klinikanın və uşaq regional klinik xəstəxanasının anbar binasının şüşələri sındırılıb. Həmçinin mərmi parçaları üç uşaq bağçası və bir məktəbin pəncərələrini sındırıb, fasadlarını kəsib. Səkkiz avtomobilə ziyan dəyib, onlardan ikisi tamamilə yanıb.

Dubovoe kəndində bir yaşayış binasının 3 mənzilinə, bir fərdi təsərrüfata və bir avtomobilə də ziyan dəyib. Repnoye kəndində 3 avtomobil qəlpələrə tuş gəlib.



İlkin məlumata görə, itki yoxdur. Yerdə fövqəladə hallar xidməti işləyir. Atışmanın nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Martın 27-də səhər saatlarında Belqorodun mərkəzində partlayış baş verib. İlkin məlumatlara görə, buna səbəb Ukrayna Silahlı Qüvvələrinin yeni atəşi olub. Partlayışın Belqorod vilayətinin Daxili İşlər Nazirliyinin Slavyan prospektində yerləşən binasında baş verdiyi bildirilir. Dron saat 16:50 radələrində onun üzərinə düşüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}