“Crocus City Hall”da xəsarət alanların sayı 382 nəfərə çatıb
Tarix: 29-03-2024 11:28 | Bölmə: Dünya
“Crocus City Hall”da xəsarət alanların sayı 382 nəfərə çatıb

Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

Bu barədə Rusiya Federal Tibbi Fəlakətlər Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl xəsarət alanların sayı 360 nəfər idi(Report).

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 143 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}