Çexiya ilə Rusiya arasında səfir qalmaqalı başlaya bilər
Tarix: 29-03-2024 15:52 | Bölmə: Dünya
Çexiya ilə Rusiya arasında səfir qalmaqalı başlaya bilər

Çexiya çoxdandır Rusiyaya səfir göndərmək istəyir, ancaq Moskvanın yeni təyinatdan imtinası çox böyük problemlər yarada bilər.

Reyting.az
xəbər verir ki, bunu “Lidovky” nəşri yazıb.

Qeyd olunur ki, Moskva bu təyinatdan imtina edəcəyi təqdirdə Rusiya revanş edə, Çexiya isə qisas almaq məburiyyəti ilə üzləşə bilər.

Məlumata görə, Çexiya Respublikasının Rusiyadakı səfirinin tezliklə dəyişdirilməsi ilə bağlı paytaxt Praqada plan hazırlanıb. Nəşr bildirir ki, onlar ehtiyatlı davranmaq şərti ilə sadəcə uyğun anı gözləyirlər.

Çexlər Rusiyanın yeni səfiri qəbul etmək istəməməsindən çox qorxurlar. Belə bir addım isə diplomatik baxımdan Çexiya dövləti tərəfinə zərbə kimi qiymətləndiriləcək.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}