20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Netanyahunun kabinet üzvləri ilə mübahisəsi yaranıb
Tarix: 29-03-2024 16:32 | Bölmə: Dünya
Netanyahunun kabinet üzvləri ilə mübahisəsi yaranıb

İsrailin Döyüş Kabinetində baş nazir Benyamin Netanyahu ilə kabinet üzvləri Benny Qantz və Qadi Eisenkot arasında fikir ayrılığı yaranıb.

Reyting.az
xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-nın məlumatına görə, dünən keçirilən toplantıda Netanyahunun Qantz və Eisenkot ilə sərt müzakirələri olub.

Kabinetin iclası zamanı Mossad rəhbəri David Barnea təklif edib ki, HƏMAS ilə məhbus mübadiləsində razılığa gəlmək üçün danışıqlara cavabdeh olan nümayəndə heyətinin səlahiyyətləri genişləndirilsin. Barneanın bu təklifi Netanyahu tərəfindən rədd edildikdən sonra Qantz və Eisenkot buna qarşı çıxıb və nəticədə mübahisə yaranıb.

“Bu danışıqlar çox uzun müddətdir davam edir və biz onları indi bitirməliyik. Əgər fəal səy göstərsəydik, danışıqların ortasında ola bilərdik, lakin danışıqlarda irəliləyiş olmadı, çünki məsuliyyəti öz üzərimizə götürə bilmədik”, - Qantz və Eisenkot qeyd edib.

Netanyahu isə deyib ki, çətin danışıq aparırlar: “Bu, mürəkkəbdir. HƏMAS razılığa gəlməkdə maraqlı deyil. Biz düşmənə zəiflik əlamətləri göstərə bilmərik”.

Qeyd edək ki, Mossad direktoru D. Barneanın başçılıq etdiyi İsrail nümayəndə heyəti Qəzzada məhbusların azad edilməsi ilə bağlı danışıqların yeni raundu üçün martın 18-də Qətərin paytaxtı Dohada olub. İsrail mətbuatı Mossad direktorunun başçılıq etdiyi İsrail nümayəndə heyətinin Dohaya gəlməsi ilə HƏMAS və Təl-Əviv arasında məhbus mübadiləsi danışıqlarının rəsmi olaraq başladığını elan etmişdi.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər