20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Hizbullah” İsrailə qarşı 10 əməliyyat keçirib
Tarix: 30-03-2024 15:02 | Bölmə: Dünya
“Hizbullah” İsrailə qarşı 10 əməliyyat keçirib

Livan “Hizbullah” Hərəkatı döyüşçülərinin İsrail hərbi hədəfləri və əsgərlərinə qarşı 10 əməliyyat keçirdiyini bildirib.

Reyting.az
-ın xəbərinə görə, cümə günü keçirilən son əməliyyatla “Hizbullah” qırıcıları İsrailin Suriyanın Dəməşq və Hələb şəhərlərinə son təcavüzünə cavab olaraq Cəl əl-Allam məntəqəsini və onun ətrafındakı əsgərlərini raket atəşinə tutub.

Hərəkat Metulla sahəsinə də hücum edib və daha sonra eyni yerdə İsrail hərbi maşınına pilotsuz təyyarə ilə zərbə endiriblər.

“Hizbullah” qüvvələri Livanın işğal altındakı Kfar Çuba təpələrindəki Əl-Samaka obyektinə də raketlərlə zərbə vurub.

Bundan əlavə, “Hizbullah” yaraqlıları Hədəb Yaroun bölgəsində İsrail piyadalarına artilleriya hücumu həyata keçiriblər ki, nəticədə əsgərlər yaralanıb. Eyni zmanda, raket artilleriyasından istifadə edərək Əl-Malikiya bölgəsində İsrail hərbi maşınlarına da hücum ediblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər