İsrail əsgərləri Livanda BMT müşahidəçilərinin avtomobilini vurub
Tarix: 30-03-2024 15:22 | Bölmə: Dünya
İsrail əsgərləri Livanda BMT müşahidəçilərinin avtomobilini vurub

Bu səhər İsrail əsgərləri Livanın cənubundakı sərhəd şəhəri Rmeiş yaxınlığında Birləşmiş Millətlər Təşkilatının müşahidəçilərini daşıyan avtomobili hədəfə alıb.

Reyting.az
“Röyter” agentliyinə istinadla bildirir ki, iki təhlükəsizlik mənbəyi məlumatı təsdiq edib.

Livan-İsrail sərhədindəki Mavi Xətti izləyən texniki müşahidəçiləri müşayiət edən BMT-nin Livanın cənubundakı sülhməramlı missiyası UNIFIL hələlik bu məlumatı şərh etməyib.

İsrail Müdafiə Qüvvələri (IDF) isə xəbəri şərh etmək istəməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər