20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hakimiyyəti ələ keçirən dəstənin lideri silahı yerə qoymaq şərtini açıqlayıb
Tarix: 30-03-2024 15:40 | Bölmə: Dünya
Hakimiyyəti ələ keçirən dəstənin lideri silahı yerə qoymaq şərtini açıqlayıb

Haitidə hökuməti ələ keçirən dəstənin lideri “Barbekü” ləqəbli Cimmi Xerizier yeni hökumət qurmaq üçün danışıqlara qatılacaqları təqdirdə silahlarını yerə qoya biləcəklərini elan edib. Bununla o, silahı yerə qoymaq şərtini açıqlayıb.

Reyting.az
-ın xəbərinə görə, C. Xerizier hökumət qurmaq üçün danışıqlarda iştirak etmələrinə icazə verilərsə, silahlarını yerə qoymağı düşünə biləcəklərini söyləyib.

O, ölkədəki zorakılıqlardan da danışıb, beynəlxalq ictimaiyyətin problemlə bağlı təfərrüatlı bir plan hazırlaması halında masa arxasına əyləşə biləcəklərini deyib.

Dəstə lideri Haitidə artan zorakılıqdan “qürur duymadığını” qeyd edib və bildirib ki, başqa ölkələrdən olan əsgərlər Haitiyə girsələr, onları işğalçı hesab edəcəklər.

Qeyd edək ki, Amerika qitəsinin ən kasıb ölkələrindən olan Haiti quldur dəstələrinin yaratdığı zorakılıqlara və hakimiyyət boşluğuna görə iqtisadi çöküş ərəfəsindədir. Uzun illərdir siyasi, iqtisadi və təhlükəsizliklə bağlı böhranla mübarizə aparan Haitinin 11 milyonu keçən əhalisi aclıq təhlükəsi ilə üz-üzədir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər