20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Lukaşenkonun mühafizəçisi öldürülüb?
Tarix: 01-04-2024 13:08 | Bölmə: Dünya
Lukaşenkonun mühafizəçisi öldürülüb?

Yanvarda Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri zamanı Belarus prezidenti Aleksandr Lukaşenkonun zəhərləndiyi ehtimal edilən təhlükəsizlik işçisi ölüb.

Reyting.az
xəbər verir ki, bu barədə Telegram-da “Kremlin snuffbox” yazıb.

İddia olunur ki, məlumatı Belarus liderinin ətrafındakı iki mənbə təsdiqləyib.

Telekanalın məlumatına görə, Lukaşenkonun Sankt-Peterburqa səfəri zamanı onun mühafizəçilərindən biri xəstələnib və təcili olaraq Minskə göndərilib. Belarus paytaxtında mühafizəçiyə ağır metaldan - talliumdan zəhərlənmə diaqnozu qoyulduğu iddia edilir.

“Belarus bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lukaşenkonun özünün reaksiyası hələ ki, bəlli deyil”, - telekanal vurğulayır.

Xatırladaq ki, yanvarın 27-də prezident Aleksandr Lukaşenkonun Rusiyaya getdiyi məlum olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər