20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İrəvanda “HayPost”u soymağa cəhd ediblər
Tarix: 03-04-2024 12:56 | Bölmə: Dünya
İrəvanda “HayPost”u soymağa cəhd ediblər

Bu gün səhər saatlarında İrəvanda silahlı hücum qeydə alınıb.

Reyting.az
xəbər verir ki, naməlum şəxs “HayPost”un “0039” poçt şöbəsinə daxil olaraq silahla hədələməklə bütün mövcud məbləği tələb edib.

Hücum edən şəxsə aktiv müqavimət göstərilib və o, sonda geri çəkilib.

Bildirilir ki, sözügedən poçt şöbəsinin bütün əməkdaşları qadındır.

Polisin məlumatına görə, tapança ilə silahlanmış şəxs tibbi maska taxıb və silahı yelləyərək işçilərə atdığı polietilen torbaya pul qoymağı tələb edib, lakin müqavimətlə qarşılaşdıqdan sonra qaçıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edilir ki, polis artıq cinayət törətdiyi iddia edilən şəxsi müəyyənləşdiriblər. Media bildirir ki, bu, “HayPost” filiallarından oğurluğa cəhdlə bağlı üçüncü hadisədir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər