Putinin G20 sammitində iştirakı üçün şərtlər açıqlanıb
Tarix: 03-04-2024 16:52 | Bölmə: Dünya
Putinin G20 sammitində iştirakı üçün şərtlər açıqlanıb

ABŞ dövlət katibi Antoni Blinken Rusiya prezidenti Vladimir Putinin Braziliyada keçiriləcək G20 sammitinə dəvət olunması ehtimalını şərh edib.

Reyting.az
-ın xəbərinə görə, A. Blinken LCI telekanalına müsahibəsində deyib ki, V. Putinin sammitə dəvət edilməsi G20-yə üzv dövlətlərin konsensusu nəticəsində mümkündür.

“Əgər bütün üzvlər arasında konsensus varsa və bu faydalıdırsa, bəli”, - dövlət katibi Kreml rəhbərinin dəvət edilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Eyni zamanda, Blinkenin sözlərinə görə, bunun necə faydalı ola biləcəyini və bütün üzvlər arasında necə konsensusun əldə olunacağını görmək hələ də çətindir.

Dövlət katibi əlavə edib ki, Rusiyanın G20 və ya G7 ilə, bütün dünya ilə münasibətlərində baş verənlərə məhz Rusiyanın və cənab Putinin hərəkətləri, siyasəti səbəb olur. Blenken siyasət dəyişikliklərini də istisna etmir: “Amma problem ondadır ki, siyasətin dəyişdiyinə dair hələ heç bir sübutumuz yoxdur".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}