Finlandiya Ukraynaya 188 milyon dəyərində hərbi yardım göndərəcək
Tarix: 03-04-2024 17:13 | Bölmə: Dünya
Finlandiya Ukraynaya 188 milyon dəyərində hərbi yardım göndərəcək

Finlandiya Ukraynaya 23-cü hərbi yardım paketini göndərəcək.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Kiyevdə səfərdə olan ölkə prezidenti Aleksandr Stubb deyib.

Növbəti yardım paketinin dəyəri 188 milyon avro təşkil edəcək və müdafiə ləvazimatlarından ibarət olacaq.

Finlandiya Müdafiə Nazirliyi təhlükəsizlik baxımından yardım paketinin məzmunu, marşrut və ya çatdırılma cədvəli haqqında əlavə məlumatın açıqlanmayacağını vurğulayıb.

Onu da qeyd edək ki, bundan əvvəl Stubb Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gəlib. Dövlət başçılarının ikitərəfli təhlükəsizlik sazişi imzaladıqları bildirilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}