14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Tayvandakı zəlzələdə xəsarət alanların sayı 963 nəfərə çatıb
Tarix: 03-04-2024 20:48 | Bölmə: Dünya
Tayvandakı zəlzələdə xəsarət alanların sayı 963 nəfərə çatıb

Tayvanda baş verən zəlzələ nəticəsində ən azı 963 nəfər xəsarət alıb. Bu məlumatı Tayvanın fövqəladə hallar üzrə qərargahının nümayəndəsi bildirib.

Reyting.az
xəbər verir ki, yenilənmiş məlumatlara görə, qurbanlar ən çoxu Sinbey (248 nəfər) və Hualien dairəsində (176) qeydə alınıb.

Qeyd edək ki, daha əvvəl 821 qurbanın olduğu bildirilirdi. Ölənlərin siyahısında isə hələlik 9 nəfər var.

Qərargah nümayəndəsi deyib ki, daha 143 nəfər çətinlikdədir və ya kömək gözləyirlər.

Xatırladaq ki, ötən gecə Tayvanda 7,2 bal gücündə zəlzələ qeydə alınıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}