Ruslar Xarkov şəhərini vurub, ölənlər var
Tarix: 04-04-2024 07:59 | Bölmə: Dünya
Ruslar Xarkov şəhərini vurub, ölənlər var

Rusiya “Şahed” pilotsuz uçuş aparatları ilə Ukraynanın Xarkov şəhərinə hücum edib.

Reyting.az
xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində dörd nəfər həlak olub, on nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onun sözlərinə görə, xəsarət alanlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Həlak olanlardan 3-ü xilasedicidir.

Xarkov şəhər meri İqor Terexovun verdiyi məlumata görə, kamikadze dronlarının hücumu nəticəsində yaşayış binalarına ziyan dəyib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}