İran Suriyadakı konsulluğuna ölümcül hücuma cavab hazırlayır
Tarix: 04-04-2024 13:51 | Bölmə: Dünya
İran Suriyadakı konsulluğuna ölümcül hücuma cavab hazırlayır

Tehran “digər tərəfləri regional müharibəyə sürükləməyə çalışan” İsraildən ehtiyat edəcək.

Reyting.az
xəbər verir ki, bunu İranın radikal siyasətçisi Həmid-Rıza Taragi deyib.

“İranın münaqişənin eskalasiyasının qarşısını almaqda israrlı olması o demək deyil ki, İsrailin belə bir təcavüzünə İran cavab verməyəcək”, - siyasətçi qeyd edib.

Xatırladaq ki, bu açıqlama rəsmi Tehranın İsraili İranın Suriyadakı diplomatik missiyasına hücumda ittiham etməsindən sonra verilib və İranın İsrailə cavabı necə və nə vaxt verə biləcəyi ilə bağlı suallar doğurub.

İranın İsrailin diplomatik nümayəndəliklərinə hücum edəcəyi haqda suala cavab verən R. Taragi deyib ki, İslam respublikası heç bir hücuma icazə verməyəcək, lakin “hesablanmış cavab verəcək”.

Qeyd edək ki, İran İsraili onların Suriyadakı konsulluğuna hücumda ittiham edib. Bu hücumda general Məhəmməd Rıza Zahidi daxil olmaqla bir neçə iranlı hərbçi öldürülüb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}