20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Fil turistlərə hücum edib, ölən var
Tarix: 04-04-2024 16:58 | Bölmə: Dünya
Fil turistlərə hücum edib, ölən var

Altı turist Zambiyadakı Kafue Milli Parkını ziyarət edərkən qəfildən beş tonluq filin hücumuna məruz qalıb.

Reyting.az
-ın məlumatına görə, görüntülərdən aydın olur ki, qəzəbli fil sürətlə turistlərə çatmağa çalışır.

Səsyazmada turistlərdən birinin “tez gəlir” dediyi eşidilir və daha sonra sürücü avtomobili qəfil dayandırır. Fil turistlərin olduğu avtomobilə çatıb, maşını aşırmağa başlayıb. Bu zaman turistlər qışqırarkən, video bir anda kəsilib.

Dəhşətli hadisədə 80 yaşlı amerikalı qadın həyatını itirib. Bununla belə, turistin maşının aşması, yoxsa filin onu əzməsi zamanı öldüyü hələ də aydın deyil. Digər turistlərdən biri ağır, dördü isə yüngül xəsarət alıb.

İnternetdə bununla bağlı yayılan görüntülərə qısa zamanda çoxsaylı şərhlər yazılıb. Sosial şəbəkə istifadəçiləri sürücünün nəqliyyat vasitəsini niyə saxlamağa qərar verməsi ilə bağlı suallar ünvanlayıblar.

İlkin məlumatlara görə, avtomobildəki qonaqlar dünyanın ən qədim və ikinci ən böyük safari parkı olan Kafue Milli Parkındakı Lufupa Çay Düşərgəsində qalan amerikalılar olub.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Onu da qeyd edək ki, fillər Afrikada ildə təxminən 500 adam öldürür.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər