Terrora görə daha üç nəfər saxlanılıb
Tarix: 04-04-2024 17:32 | Bölmə: Dünya
Terrora görə daha üç nəfər saxlanılıb

Rusiyadakı “Krokus Siti Holl”da baş verən terror aktının iştirakçı olduqları ehtimal edilən daha üç nəfəri saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Moskva, Yekaterinburq, Omsk şəhərlərində 2024-cü il martın 22-də “Crocus City Hall” kompleksində törədilən terror aktında iştirak edən əslən Mərkəzi Asiya regionundan olan şəxslər saxlanılıb.

Məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən ikisi terror aktında istifadə olunan odlu silah və nəqliyyat vasitələri almaq üçün pul köçürüb, üçüncüsü isə terror aktının iştirakçılarının cəlb edilməsində və onu törədənlərin maliyyələşdirilməsində bilavasitə iştirak edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}