Baydenin köməkçiləri Ukrayna ilə bağlı gizli danışıqlar aparır
Tarix: 04-04-2024 18:31 | Bölmə: Dünya
Baydenin köməkçiləri Ukrayna ilə bağlı gizli danışıqlar aparır

ABŞ prezidenti Co Baydenin köməkçiləri Nümayəndələr Palatasının spikeri Mayk Consonun Ukraynaya 60 milyard dollarlıq yardım paketini səsverməyə çıxarmasından əmin olmaq üçün gizli danışıqlar aparırlar.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı “Politico” nəşri ABŞ administrasiyasının iki rəsmisinə istinadla yayıb.

Qeyd olunur ki, Ağ ev Konqresin iki həftəlik fasiləsi zamanı Consonla əlaqə saxlayıb.

Müəllif vurğulayır ki, Bayden Kiyevə yardım paketini təsdiqləmək üçün respublikaçılara təzyiq göstərsə də, o və onun ofisi Consona konkret təzyiqdən çəkinib.

Administrasiya ümid edir ki, bu yanaşma nəticəsində palata paket üzərində işə başlayacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}