Finlandiya Rusiya ilə keçid məntəqələrini müddətsiz bağlayır
Tarix: 05-04-2024 13:46 | Bölmə: Dünya
Finlandiya Rusiya ilə keçid məntəqələrini müddətsiz bağlayır

Finlandiya Rusiya sərhədindəki keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlayır.

Reyting.az
xəbər verir ki, Finlandiya daha əvvəl bağlanmış keçid məntəqələrinin və Rusiya sərhədindəki bəzi limanların qeyri-müəyyən müddətə bağlı qalacağını açıqlayıb.

Finlandiya Daxili İşlər Nazirliyi bildirir ki, hökumət Rusiya sərhədindəki keçid məntəqələrinin aprelin 15-dən etibarən bağlı qalmasına qərar verib. Aprelin 15-dən etibarən Haapasaari, Nuijamaa və Santio limanları turist gəmiləri üçün qeyri-müəyyən müddətə bağlanacaq.

Qeyd olunub ki, son illərdə Suriya və Somali kimi ölkələrdən gələnlərin sayının artması səbəbindən ötən ilin sonunda Rusiya ilə quru sərhədlərini bağlayan Finlandiya, bununla qeyri-qanuni mühacirlərin ölkəyə axınının qarşısını almağı hədəfləyir.

Bəyanatda Finlandiyaya qeyri-qanuni mühacir axınının davam edəcəyi təqdirdə bunun Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhlükə yaradacağı vurğulanıb.

Onu da xatırladaq ki, Finlandiya fevral ayında verdiyi bəyanatda sərhədin bağlanmasının aprelin 14-dək davam edəcəyini açıqlamışdı.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}