“Göstəbək” əməliyyatı: İstanbulda 8 casus saxlanılıb - Foto
Tarix: 05-04-2024 13:55 | Bölmə: Dünya
“Göstəbək” əməliyyatı: İstanbulda 8 casus saxlanılıb

Türkiyə hüquq-mühafizə orqanları “Göstəbək-3” adlı əməliyyat keçirib.

Reyting.az
-ın xəbərinə görə, Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya deyib ki, ölkədə Mossad-ın hədəf aldığı şəxslər və şirkətlər haqqında məlumat toplayanlara qarşı əməliyyat keçirilib, 8 şübhəli şəxs saxlanılıb, 2 nəfər həbs edilib.

Qeyd edilir ki, bu şəxslər topladığı məlumat və sənədləri İsrail Kəşfiyyatının elementlərinə ötürüblər.

Əməliyyatı İstanbul Prokurorluğunun koordinasiyasında, MİT-nin iştirakı ilə İstanbul təhlükəsizlik idarəsinin terrorla mübarizə şöbəsi həyata keçirib.

Saxlanılan şəxslərin İsrail kəşfiyyat ünsürləri ilə görüşləri, Türkiyədə İsrail kəşfiyyatının marağında olan şəxslər və şirkətlər haqqında məlumat toplamaqları və bu informasiyaları İsral kəşfiyyat ünsürlərinə ötürdükləri müəyyən edilib.



ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}