Narkotik səbəbindən ölkədə fövqəladə vəziyyət elan edilib
Tarix: 05-04-2024 15:36 | Bölmə: Dünya
Narkotik səbəbindən ölkədə fövqəladə vəziyyət elan edilib

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio ölkəsində gənclər arasında narkotik istifadəsi geniş yayıldığı üçün “milli fövqəladə vəziyyət” elan edib.

Reyting.az
xəbər verir ki, prezident Bio xalqa müraciətində hökumətin narkotiklərlə mübarizə planlarını açıqlayıb.

Narkomaniyanın dağıdıcı təsirlərinə görə hazırda ölkənin ekzistensial təhlükə ilə üzləşdiyini bildirən prezident deyib ki, hökumət bu problemə qarşı təcili tədbirlər görür.

Hökumətin narkotik ticarəti şəbəkələrini çökdürməyə çalışdığını ifadə edən prezident əlavə edib:

“Dövlət qurumları və qeyri-hökumət təşkilatlarını əhatə edən işçi qrupu yaradılacaq. Bu qurum xəstəliyin qarşısının alınması, müalicəsi, sosial xidmət dəstəyi, hüquq-mühafizə və ictimaiyyətin iştirakı ilə bağlı məsuliyyət daşıyacaq”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}